İTAR TASS agentliyinin verdiyi məlumata əsasən, Fransa vətəndaşı Friz-Joli Joaşi yanvarın 1-də həbs olunub. O, Suriyaya gedərək hökumət əleyhinə vuruşan qüvvələrə qoşulmaq niyyətində olub.
Fransa onun həbsinə beynəlxalq order vermişdi. Qeyd edək ki, Kuaşi qardaşları yanvarın 7-də Parisdə "Charlie Hebdo" nəşrinin redaksiyasına hücum edərək 12 nəfəri qətlə yetirmişdi.(Trend)
.