PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 4 raket atıb.

“Habertürk” xəbər verir ki, hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

.