"Hara gedirəmsə, deyirlər ki, Sultan Təranə gəlir. Özümü çox güclü hesab edirəm. İnsanlar nələriləsə öyünürlər. Mən də güclü olmağımla fəxr edirəm. Düşmən əli hər yerdə var. Allah bizi elə şeylərdən uzaq eləsin”.
Yenizaman.az aznews.az-a istinadən xəbər verir ki, bu fikirləri qonağı olduğu "Evdəyik” verilişində müğənni Təranə Qumral səsləndirib. Müğənni bildirib ki, həmkarı və həyat yoldaşı Musa Musayevdən ayrılmaq barədə ona çox "məsləhətlər” verilsə də, qəbul etməyib:
"Musadan on əllə yapışmışam, ailəmlə fəxr edirəm. Ona görə güclüyəm ki, böyrümdə belə kişi oturub. Söz-söhbətsiz ailə olmur. Mənə də dəfələrlə dedilər ki, Musanı burax, getsin. Amma elə şey etmərəm. Adam hər şeydən ötrü ailə dağıtmaz”.
.