İş adamı Telman İsmayılova sığınacaq verdiyinə görə Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiyaya girişinə qadağa qoyulub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 2-də Rusiya Xarici İşlər Nazirliyinin Zoran Milyaniçin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı notası Monteneqronun Rusiyadakı səfirliyinə göndərilib.
Qeyd olunub ki, bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma – Rusiya vətəndaşı olan Telman İsmayılova siyasi sığınacaq verməsinə Xarici İşlər Nazirliyinin cavabıdır.
Xatırladaq ki, Telman İsmayılov ötən il oktyabrın 1-də Monteneqroda saxlanılmışdı. O, iki sahibkarın qətlini sifariş verməkdə ittiham olunurdu. T. İsmayılov oktyabrın 22-də müvəqqəti saxlanma təcridxanasından azad olunub və Monteneqrodan siyasi sığınacaq alıb.
.
