Telli Borçalı "Xalq ulduzu" müsabiqəsinin iştirakçısı Ariz Hüseynovla sevgi münasibəti yaşaması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, sənətçi ATV telekanalında yayımlanan "10-dan sonra" verilişinin canlı bağlantısına qoşularaq haqqında danışılanları şayiə adlandırıb: "Yalan olar, amma daha bu qədər də ağ yalan yox. Mən Bakıda deyiləm. Bakıya gələn kimi bunu yazanlarla bir-bir görüşəcəyəm. Özü də necə lazımdır görüşəcəyəm. Bir adama salam verirsən, peşman olursan. Vay niyə salam verdi, niyə çay içdilər... Mənim xarakterimi insanlar gözəl bilir. Belə şey yoxdur”.

Xatırladaq ki, ölkə.az saytının yayımladığı xəbərə görə, aşıq Telli Borçalı özündən 17 yaş kiçik oğlanla sevgilidir. Onun sevgilisinin isə "Xalq ulduzu" müsabiqəsinin iştirakçısı Ariz Hüseynov olduğu iddia edilir.

.