Teleqram Qazaxıstanda ofis açıb.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi məlumat yayıb.

Bildirilib ki, Teleqram ofis açmaqla yanaşı, Qazaxıstanda süni intellekt laboratoriyalarını işə salıb.

Qazaxıstan prezidenti Teleqramın ölkənin rəqəmsal gündəmini dəstəkləmək səylərini yüksək qiymətləndirib.

Qeyd edək ki, Teleqram rəhbəri Pavel Durov Qazaxıstana səfər edib. O, prezident Kasım Jomart Tokayevlə görüşüb.

.