"Hər bir işin və cəmiyyətin Allahdan sonra bir böyüyü var. Evimiz getdiyimiz və işlədiyimiz cəmiyyətin bir hissəsidir. Böyük cəmiyyət həmişə kiçik cəmiyyətlərin hesabına formalaşır. Ona görə ki, evlərimizdən çıxaraq iş yerlərinə və insanlar arasına getməsək böyük cəmiyyətlər formalaşmaz. Əgər hər kəs kiçik cəmiyyət hesab edilən ailəsini düzgün formalaşdırmasa, evlərdə kişilər özlərini kişi və qadınlar qadın kimi aparmasa və övladlar düzgün tərbiyə olunmasa, sonda ən böyük ziyanı cəmiyyətə dəyəcək.”
Bu sözləri FaktXeber.com-a Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri Növrəstə İbrahimova cəmiyyətimizdə yaşanan mənəvi böhranla bağlı açıqlama verərkən qeyd edib.
Müsahib bildirib ki, Azərbaycan bayrağındakı rənglərdən birinin rəmzi xalqımızın müqəddəs islam dininə mənsubluğunu göstərir: "Başda oturanlarımız da bunu bəh-bəhlə elan edirlər. Lakin məsələnin əməli mərhələsinə gələndə hər şey yaddan çıxır. Müqəddəs islam dəyərlərinə qarşı laqeydlik mövcuddur. Maraqlıdır ki, gecə-gündüz sinələrinə vuraraq bayraqdakı yaşıl rənglə öyünən rəsmilərin məmləkətində islamçılıqdan bir dənə də olsun əsər əlamət yoxdur.”
Telekanalları cənginə alan mənəviyyatsızlıqdan da danışan Növrəstə xanım bunları söylədi: "Səhərdən axşama qədər mənəviyyatdan uzaq, çılın-çılpaq və 15 dəfə ərdə olan müğənniləri cəmiyyətimizə sırımağa çalışırlar. Halbuki sözügedən müğənnilərin nə səsləri, nə də ki, mənəviyyatları var. Yalnız müğənnilik, "qeyri-adi” hərəkətləri və əməlləri ilə gündəmdə qalmağa çalışırlar. Digər tərəfdən nə oxuduqlarında məna var, nə də ki, səsləri lazımı formadadır. Maraqlıdır ki, müsəlman ölkəsinin telekanallarında barlarda və restoranlarda əxlaqsız səhnələrə çəkilən qızlardan söz açılır və cəmiyyətə təqdim edilir. Hindistan Azadlıq Hərəkatının rəhbəri Mahatma Qandi Kərbəla hadisəsinin şahı İmam Hüseyn(ə)-ın qəbrinin üstünə gedərək dünyaya çar çəkdi ki, "ey bəşər övladı ayağa qalxın burada bir mücahid yatıb ki, heç bir mücahid ona bənzəməz. Mən Hindistanı İmam Hüseyn(ə)-ın məktəbindən aldığım dərs əsasında müstəmləkədən azad etdim.” Lakin əhalisinin 90%-i müsəlman olan Azərbaycanda isə məhərrəmlik və Ramazan ayında əxlaqsız proqramlar və şou-biznes təbliğ olunur. Olmaz ki, gündə bir neçə dəqiqə də insanların mənəviyyatına dair yönəlik proqramlar yayımlayasınız?”
Müsahib onu da bildirdi ki, telekanallarda ailə dəyərindən danışan xanımların oturuşuna baxanda insan xəcalət çəkir: "Oturuşlarını bilmirlər, gəlib insanlara mənəviyyat və əxlaq dərsləri keçirlər. Həmin insanlar hətta övladlarına belə əxlaqdan danışa bilməzlər. Adama deyərlər ki, get əvvəl oturuşunu düzəlt, sonra gəlib kiməsə tərbiyə verərsən. Yoxsa ərinin üzünə qayıdıb "həyat yoldaşına sən mənə heç nə deyə bilməzsən”, - deyənlər gəlib hansı övlad və ya ailə tərbiyəsindən danışa bilərlər.”
.