Bakı-Quba yolunda avtobus aşıb. 

Lent.az-ın məlumatına görə, magistralın Sumqayıtdan keçən hissəsində "Ford Tranzit" markalı, 50 CF 170 dövlət qeydiyyat nişanlı avtobus aşıb. Nəticədə 42 yaşlı sürücü və 4 sərnişini yaralanıb.

Bildirilir ki, qəzaya düşən avtobus tələbələri aparırmış. Yaralanan tələbələrdən üçü qız, digəri isə oğlandır.

Faktla bağlı araşdırma aparılır.

Yenizaman.az 

.