
Bakıda ali və texniki məktəblərə qəbul olunanlar məlum olub. Rayondan gələnlər artıq kirayə ev axtarır və bu səbəbdən seqmentdə aktivlik artıb.
İyulda iyunla müqayisədə qiymətlər artıb (+ 12%). Hər il qiymətlər təxminən 10% bahalanır. Rieltorların fikrincə, avqust-sentyabrda da qiymətlər artacaq. Amma daşınmaz əmlak bazarında durğunluq davam edir.
Bakıda metroya yaxın yerlərdə kirayə evlər daha bahadır. BDU, İqtisad Universiteti, Neft Akademiyası rayonunda qiymətlər xüsusən bahadır.
.