Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə  Rüfət Məmmədov adına 269 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədli Nərgizin   qalib olduğu   Diskalkuliya - Hesablama Çətinliyi adlı layihəsinin icra planına uyğun olaraq növbəti  maarifləndirici  təlimi 249  saylı tam orta məktəbdə keçirildi.Təlimə məktəbin müəllimləri və valideynlər cəlb olunmuşdur. 

Təlim başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib.
Daha sonra Azərbaycan Respublikasının  Dövlət himnini  səsləndirilib.

Təlimdə çıxış edən layihə rəhbəri Nərgiz Məmmədli layihə təklifinin aktuallığı,layihənin məqsədi ,vəzifələri,görüləcək işlər  və gözlənilən nəticələr barədə  geniş məlumat verdi.Daha sonra  müəllim və valideynlərə diaqnostik iş vərəqləri  paylanıldı.
Layihənin təlimçisi Çinarə Məmmədova  Diskalkuliyanın dövrumüzdə olan aktuallığı,əlamətləri,korreksiya yolları,valideyn və müəllim əməkdaşlığı  barədə slaydlar vasitəsi ilə   ətraflı məlumat verdi.

Psixoloq Zəhra Əhmədova Diskalkuliyanın psixoloji tərəfləri barədə müəllimlərə və valideynlərə ətraflı  məlumat verdi.

Təlim zamanı  iştirakçılarla geniş fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.Daha sonra layihə çərçivəsində Nərgiz Məmmədli tərəfindən  hazırlanmış   " Diskalkuliya- Hesablama Çətinliyi "nin əyani  vəsaiti təqdim edilib.

Təlimin sonunda isə  iştirakçılar sertifikatla təltif olunublar.

.