Təhsil Nazirliyi universitetlərdə dərs saatının 80 dəqiqə olmasını təklif edib.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib ki, dərslərin fasiləsiz olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması universitetlərin verəcəyi qərardır: “Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Bu da çölə çıxmaların və təmasların sayının az olması ilə əlaqədardır. Yəqin ki, belə davam eləsək, 80 dəqiqəlik dərslər olacaq”.

Nazirlik: Şənbə gününə dərslərin salınması ali məktəblərin öz ixtiyarındadır

"Əgər universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halı olacaqsa, o zaman həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək".

Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

O bildirib ki, şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır: “Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar”.

.