"Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun tarixli 1 saylı protokolu qərar qəbul olunub və bu qərar müxtəlif dövlət qurumlarına, o cümlədən də Təhsil Nazirliyinə göndərilib.

Təhsil Nazirliyi artıq müvafiq təkliflərini Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edib”.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.
S. Gözəlov bildirib ki, ilk olaraq ictimai nəqliyyat, o cümlədən taksi sürücülərinin yenidən və sistemli şəkildə hazırlığı ilə bağlı təklif irəli sürülüb: "Bildiyiniz kimi, ölkədə sürücü kadrlarının hazırlığı müxtəlif şirkətlər, təşkilatlar tərəfindən aparılır. Bu isə həmin hazırlığın metodikalarının müxtəlifliyi deməkdir. Təhsil Nazirliyi tərəfindən tabeçiliyindən və mülkiyyət formasında asılı olmayaraq, sürücü kadr hazırlığı aparan bütün təhsil müəssisələrində vahid proqram əsasında tədris və yenidən təkmilləşdirmə aparılması təklif olunub”.
.