Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Adhanom Qebreyesus və BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin medalı ilə təltif olunub.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərsimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirib.

Tədbirə videokonfrans formatında qoşulan ÜST-ün Baş Direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin medalı ilə təltif olunması ilə bağlı təşəkkürünü bildirib: “Bu medal həmçinin Azərbaycanın dahi şahiri Nizami Gəncəvinin humanist ideyalarına bir bağlılıqdır. Biz planetimizin sağlamlığını təmin etməliyik. Ona həmrəylik nəticəsində bu çətinlikdərdən alnıaçıq çıxacağıq”.

Tədbirə videokonfrans formatında qoşulan BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya da medalla təltif olunduğuna görə təşəkkürünü çatdırıb: “İnkişaf sülhsüz, sülh də inkişafsız ola bilməz. Nizami Gəncəvi sülhü, bərabərliyi təşviq edib. Biz BMT-də də bu dəyərləri ülvi dəyər hesab edirik. Nizami Gəncəvi çox humanist bir şair idi. Bir daha bu medala görə təşəkkür edirəm”.

.