Geniş ictimaiyyətin diqqətində olan tədrisin bərpası kompleks şəkildə araşdırılır və öyrənilir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bu məsələ geniş formada araşdırılır, dünya təcrübəsi izlənilir: "Bununla əlaqədar fikirlər Təhsil Nazirliyi tərəfindən valideynlərin, ekspertlərin hətta şagirdlərin iştirakı ilə müzakirə olunur. Hazırda təhsilin bərpası barəsində qərarla bağlı danışmaq tez olardı.
Qeyd etmək istərdik ki, tədrisin başladılması birbaşa epidemolii vəziyyətlə bağlı olan bir məsələdir. Qonşu ölkələrin də bununla bağlı təcrübələri öyrənilir".
Hikmət Hacıyev: Qismən və cüzi artma müşahidə olunur, bu da insanların aktivlik dinamikası ilə bağlıdır
Dünya üzrə yoluxma sayı 21 milyondan artıqdır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bu da dünyanın gündəliyində qalmaqdadır. Azərbaycan beynəlxalq təcrübəni mütəmadi olaraq izləyir və öyrənir:
"Bir sıra ölkələrdə karantin rejiminin yenidən sərtləşdirilməsi prosesi gedir. Xüsusən Avropa ölkələrində müşahidə olunur. Azərbaycanda rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışının, qabaqlayıcı tədbirlərin nəticəsidir. Günlərdən asılı olaraq qismən və cüzi artma müşahidə olunur, bu da insanların aktivlik dinamikası ilə bağlıdır".
"Bir daha vətəndaşlardan karantin tələblərinə əməl olunmasını xahiş edirik. Bizim birgə səylərimizlə bu nəticələrə nail olmuşuq, epidemioliji vəziyyət və dünya praktikası öyrənilərək yumşalma prosesi başlayıb".
