Tədris dilindən asılı olmayaraq, bütün məktəblərdə "Azərbaycan tarixi" fənninin 6-cı sinifdən etibarən Azərbaycan dilində tədris edilməsi istiqamətində iş aparılır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışında deyib.

Nazir, həmçinin "Azərbaycan dili "fənninin də saatının artırılması istiqamətində iş aparıldığını qeyd edib.

.