Bu gün səhər Türkiyədə dəhşətli faciə baş verib. İstanbul boğazında içində 40 nəfərin olduğu gəmi batıb.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasetmə işlərinə xilasetmə qüvvələri ilə yanaşı balıqçılar da cəlb olunub.
Xilasetmə işlərinə qoşulan kapitan Ali Saruhan bildirib ki, ölənlərin çoxu uşaqlardır.
Kapitan deyib ki, gəmi kiçik olub. Amma ona 40 nəfəri mindiriblər. Şiddətli külək isə gəmini aşırıb.
"Hazırda dənizdə çoxlu uşaq cəsədləri var. Hələ ki, birini çıxarmışıq. Həmin uşaq afrikalıdır” - deyə kapitan bildirib.
Hadisənin təfərrüatları barədə hələlik geniş məlumat verilmir.
.