Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın məlumatına görə, yanğın az ərazini əhatə edib və qarşısı alınıb. 


***
14:48

Bakıda yaşayış binası yanır.

APA-nın məlumatına görə, hadisə paytaxtın Rəşid Behbudov küçəsində, 8 saylı məktəbin qarşısında yerləşən yaşayış binasında qeydə alınıb. Binadakı evlərdən birində baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

.