Bakıda binanın damına çıxan şəxs intihar etmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist İradə Nurəddinqızı Facebook sosial şəbəkəsində bildirib: "Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında bir nəfər kişi binanın damına çıxaraq intihar edəcəyini bildirir".
Jurnalist onun əlində içi benzinlə dolu qabın olduğunu da qeyd edib.
Hadisə yerinə polis və FHN əməkdaşları çağırılıb. Hazırda intihar etmək istəyən şəxslə danışıqlar aparılır.


