“COVID pasportunun müddəti ilə bağlı dünyada 6 aya qədər müddət qoyulur”.

Bunu  TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu müddətlə bağlı müzakirələr gedir: “Yaxın günlərdə dəqiq şəkildə ictimaiyyətə açıqlanacaq. Böyük ehtimalla bizdə də vaksin sertifikatının müddəti 6 ay ola bilər. Eyni zamanda vaksinasiya olunanlarda yaranmış immunitetin davamlılığının nə qədər olması ilə bağlı tədqiqatlar gedir. Tədqiqatların əksər hissəsinin sentyabra qədər yekunlaşmasını gözləyirik. Ondan sonra dəqiq biləcəyik ki, vaksinasiya nəticəsində yaranan immunitet nə qədər davam edir”.

Azərbaycanda immunitet sertifikatı olanlara xatırlatma dozası vurulacaq

“Vaksin sertifikatının etibarlılıq müddəti ilə bağlı qərarları dəqiqləşdirəcəyik”.

Bunu  TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, 3 aydan sonra immunitet sertifikatı olanlar vaksinasiya üçün dəvət ediləcək: “Onları dəvət edəcəyik ki, xatırlatma dozası dediyimiz dozanı qəbul etsinlər. Bunda məqsəd xəstəlik keçirənlərdə yaranan hüceyrələrin davamlı olmasını təmin etməkdir. Gələcəkdə bu peyvəndin ildə bir dəfə, ya 6 aydan bir, ya da 2-3 ildən bir vurulacağı müəyyənləşəcək. Ola bilsin ki, mutasiya nəticəsində virus tamamilə zəiflədi və pandemiya səviyyəsindən çıxdı. Bu halda yalnız risk qruplarına vaksin tətbiq oluna bilər. Risk qrupuna daxil olanlar isə səhiyyə işçiləri və əsasən ürək xəstəliyi olan şəxslərdir. Ona görə elmi analitik məlumatları izləməli, onların nəticəsinə əsasən qərarlar verməliyik”.

TƏBİB sədri Azərbaycanda pandemiyanın başa çatacağı tarixi açıqlayıb

“Bu gün Azərbaycanda vaksinasiya prosesi sürətlə davam edir. Hətta bir gün ərzində 80 mindən çox peyvəd vurmaq imkanımız var. Hazırda bunu edirik”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hədəf növbəti günlərdə bu rəqəmin 100 minin üzərinə çıxarılmasıdır: “On səkkiz yaşdan yuxarı bütün həmvətənlərimizi vaksinasiya prosesinə həvəslə qoşulmağa dəvət edirəm. Həmişə deyirdik ki, bu xəstəlikdən qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Son elmi-tədqiqatlar da bunu sübut edir. Ona görə də peyvəndlənmənin həcmi genişləndirilməli və ictimai immunitetə daha sürətlə nail olmalıyıq”.

R.Bayramlının sözlərinə görə, vaksinasiya ilə paralel olaraq digər qoruyucu tələblərə də əməl edilməlidir: “Əminəm ki, qeyri-adi hal baş verməsə bu ilin sonuna qədər xəstəliyi pandemiya səviyyəsindən çıxarıb normal həyata yavaş-yavaş qayıda bilərik”.

.