Koronavirusun yeni ştammının aşkarlanması virus genomununun analizi - sekvenləşdirilməsi ilə müəyyənləşdirilir. 

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetika mütəxəssisi Ağa Rza Ağayevin sözlərinə görə, “Sars COV-2” virusunun genomu bütünlükdə oxunaraq hər nümunə üçün qeyd edilən dəyişikliklər araşdırılır və təsiri öyrənilir: “Bu analizlər yüksək genetik məlumatın əldə olunmasına imkan verən (High throughpout) yeni nəsil sekvenləşdirmə cihazları ilə genetik tədqiqat mərkəzlərində icra olunur. Araşdırmaların xaricdə tətbiq olunan metodlara əsaslanaraq icra olunması planlanmaqdadır. Mövcud ədəbiyyata əsasən, ölkə xaricində də bu araşdırmaların eyni metodlarla icra olunduğu məlumdur”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, koronavirusun (COVID-19) Britaniya, Cənubi Afrika Respublikası və Yaponiyada mutasiya olunmuş növləri aşkarlanıb. 

.