
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edənlərə tövsiyyə edib.
Müraciətdə TƏBİB sərnişinlərə COVID-19 infeksiyasının yayılmasının azalması üçün xəstə olduqları halda evdən çıxmamağı məsləhət görüb.
Bununla yanaşı qurum digər vacib qaydalara riayət olunmasını da tövsiyə edir:
- İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin;
- Tranzit stansiyanı tərk edərkən və və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin.