Goranboy rayonunun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfər hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir.

TƏBİB- dən verilən xəbərə görə, vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir.

21 nəfərə isə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar.

.