
Türk Dövlətləri Təşkilatı (TDT) ötən gün Bişkekdə Qırğızıstan və Tacikistan prezidentləri tərəfindən sərhədlərin demarkasiyası haqqında saziş imzalanmasını alqışlayıb.
Bu barədə TDT-nin martın 14-də yaydığı bəyanatda bildirilib.
Bəyanatda hər iki ölkənin diplomatiya və dialoqa sadiqliyi yüksək qiymətləndirilib:
“Biz tam əminik ki, ən yüksək səviyyədə sıx əməkdaşlıq nəticəsində əldə edilmiş bu razılaşma Mərkəzi Asiyada və onun hüdudlarından kənarda davamlı sülhə, sabitliyə, əməkdaşlığa və tərəqqiyə gətirib çıxaracaq.
Türk Dövlətləri Təşkilatı bir daha qardaşlıq münasibətlərinin inkişafına və regional harmoniya mühitinin möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməyə hazır olduğunu bildirir”.
.