
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiyə, Pakistan və Azərbaycan arasındakı əlaqələrdən danışıb.
Numan Kurtulmuş üç ölkə arasında münasibətlərin mükəmməl səviyyədə olduğunu vurğulayıb və parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib:
“Dörd illik fasilədən sonra Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin üçüncü konfransı keçirildi. Bu üç ölkə hər zaman bir-birini dəstəkləyib. Parlamentlər səviyyəsində də ölkələrimizin münasibətləri inkişaf etdirilməlidir. Keçirdiyimiz bu üçüncü görüşün çox faydalı olduğunu görürük”.
.