Türkiyə Böyük Millət Məclisi (TBMM) Latviya parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasını pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilib ki, TBMM 6 may 2021-ci il tarixində Latviya parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasına dair qanunsuz, hüquqi əsası olmayan qərarını rədd edir və şiddətlə qınayır.

“Tarixi hadisələri qınamaq və hökm vermək parlamentin vəzifəsi deyil. Bu qərar hüquqdan kənardır. Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan radikal dairələrin anlayışını dəstəkləmək yerinə, anım tarixlərində yaşanan hadisələr zamanı həqiqətlərin üzə çıxarılması üçün irəli sürdüyümüz təkliflərə dəstək verməyə dəvət edirik”, - deyə bəyanatda qeyd olunub.

.