Gürcüstan paytaxtının meri Kaxa Kaladze Azərbaycana gəlir.

“Sputnik Georgia” verdiyi xəbərə görə, bu barədə Tbilisi merinin mətbuat xidməti məlumat yayıb.

K. Kaladze 13-14 iyul tarixlərində Bakıda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində Tbilisi və Bakı şəhərlərinin qardaşlaşması barədə memorandum imzalanacaq.

Səfər zamanı Tbilisi merini onun müavini İlya Eloşvili müşayiət edəcək.

.