Tbilisidə parlament seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla polis əməkdaşları arasında qarşıdurma başlayıb.

Bu barədə məlumatı hadisə yerində olan müxbirinə istinadən TASS yayıb.

Qarşıdurma Gürcüstan paytaxtının Melikişvili prospektində baş verib.

Hazırda polislər aksiya iştirakçılarını geri çəkməyə və yolun hərəkət hissəsini açmağa çalışırlar. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Etirazçılar isə öz növbəsində polislərə daş atıb.

Bir neçə nəfərin saxlanıldığı bildirilib.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 26-sı keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib.

Bunun ardınca ölkədə seçkinin nəticələri ilə razılaşmayan vətəndaşlar etiraz aksiyasına başlayıblar. Aksiyaçılar noyabrın 17-si axşam saatlarında bir çox küçələrdə çadırlar qurub, ətraf ərazilərdən skamyalar gətirərək yola yığıblar.

***

Tbilisidə müxalifət nümayəndələrinin etiraz aksiyası zamanı 16 nəfər saxlanılıb.

Onlardan üçü daha sonra zaminə buraxılıb. 

 

.