Gürcüstanda parlament seçkilərinə bir həftə qalmış müxalifət tərəfdarları ölkənin Avropa İttifaqına inteqrasiyasına dəstək məqsədilə Tbilisidə yürüş keçirirlər.

Bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verir.

Məlumata görə, əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları olan bir neçə min paytaxt sakini Tbilisinin beş müxtəlif rayonundan “Gürcüstan Avropa İttifaqını seçir” adlı yürüş keçirir.

Aksiya iştirakçıları “Seçkiyə gəlin” plakatları ilə paytaxtın mərkəzində, konsertin keçiriləcəyi Azadlıq meydanına getməyi planlaşdırırlar.

.