Gürcüstanın 64 bələdiyyəsinin 20-də yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək.

Bunu hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.

Səslərin sayılmasının tamamlandığı 2 775 məntəqənin nəticələri “Gürcü Arzusu”nun 47,83%, ən yaxın rəqibi olan Vahid Milli Hərəkatın isə 30,69% səs topladığını gösərir.
İrakli Kobaxidze qeyd edib ki, seçkilərin ikinci turunun paytaxt Tbilisidə də keçiriləcəyi təəssüf doğurur, lakin partiya hazırkı mer Kaxa Kaladzenin ikinci turda qalib gələcəyinə şübhə etmir.
İrakli Kobaxidze bildirib ki, artıq seçki məntəqələrinin dörddə üçündə səslərin sayılmasının tamamlandığından nəticələrdə kəskin dəyişikliyin olması gözlənilmir.

.