
Türkiyəli meqastar Tarkan ailə qurmağa hazırlaşdığı sevgilisi Pınar Dilekə maraqlı sürpriz edib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ifaçı sevgilisinə dəyəri 200 min lirə (təxminən 107 min manat) olan təkdaş brilyant üzük alıb.
Tarkan 2 həftə bundan əvvəl isə Pınarı İstanbuldakı evində qonaq edib. Fotokameralara tuş gəlməmək üçün Tarkan sevgilisini gecə saat 23:00-dan sonra gəzməyə aparmış, balıq restoranını bağlatdırmışdı.
Cütlüyün toyu iyunda Almaniyada baş tutacaq.