Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya vəfat edib.
Bu barədə 3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib.
Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl dünyasını dəyişib.

***

Yenizaman.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ağır qol qəzası keçirərək xəstəxanaya yerləşdirilimiş reper Hüseyn Dərya vəfat edib. Məlumatı dəqiqləşdirməyə çalışırıq.

***

Tanınmış azərbaycanlı reper Hüseyn Dərya yol qəzasına düşüb. Onun idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili aeroport yolunda onunla eyni istiqamətdə hərəkət edən KaMAZ markalı maşına çırpılıb.
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə ilə bağlı təcili yardıma saat 23.10-da cağırış olub. H. Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, qəza nəticəsində H. Dərya yüngül kəllə-beyin travması alıb və sağ ayağı sınıb.
.