Saxta sənəd düzəltməkdə, iş adamı olan həyat yoldaşına qarşı dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edib. Prokuror Təyminə Abdullayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilmiş polis nəzarətində qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəzlənməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Vasif İsrafilov müdafiə çıxışı edib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Məhkəmə prosesi iyulun 28-də davam edəcək.

.