Azərbaycanda 5-ci kolonun Azərbaycan Dövlətinə və Prezidentinə sadiq kadrların, dövlət qulluqçularının və peşəkar diplomatların şərlənməsi mexanizmi illər keçdikdən sonra aydınlaşmağa başlayıb. Artıq mediada bununla bağlı kifayət qədər faktlar işıqlandırılıb. Azərbaycanın Pakistanda və Birləşmir Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış tanınmış diplomat Daşqın Şikarovun facebook səhifəsində paylaşdığı son status da sensasion təfərrüatlar kimi xarakterizə edilə bilər. Açıqlamadan görünür ki, 5-ci kolon Heydər Əliyev Fondunun layihələrinə ciddi qısqanclıqla yanaşıb, Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya qarşı gizli təşkilatlanmada iştirak ediblər.

Tanınmış diplomat Pakistanla Azərbaycan arasında əməkdaşlıqdan danışarkən bu məqamlara da diqqəti cəlb edib:

“Təəssüf hissi ilə qeyd etməliyəm ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən genişmiqyaslı layihələr ermənilərlə yanaşı, Azərbaycan xalqına və dövlətinə düşmən kəsilən bəzi insanlar tətəfindən ikrah hissi ilə qarşılanmış, Fondun dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində keçirilən layihələrə mane olmaq məqsədilə dəfələrlə müxtəlif təzyiqlər göstərilmişdir. Göstərilən təzyiqlərə əhəmiyyət verilmədiyini görən azərbaycanı sevməyən qüvvələr  2014-ci ilin oktyabr ayında telefon açaraq Fondun xətti ilə keçirilən tədbirlərə son veriləcəyi təqdirdə müxtəlif şirnikləndirici vədlər verərək buna mane olmağa çalışmış, yox cavabı aldıqdan sonra ciddi problemlərlə qarşılaşacağımı bildirmişlər. Qeyd olunan şirnikləndirici vədlər və təhdidlərlə bağlı 07.10.2014-cü il tarixində XİN-ə rəsmi məktub göndərərək Azərbaycan dövlətini və xalqını sevməyən bu insanların araşdırılmasını və ifşa olunmasını xahiş etmişdim.

Bu gün 5-ci kolon üzvlərinin fəallaşması onu göstərir ki bu insanlar uzun müddət gizli fəaliyyət göstərmiş, imkan düşdükcə Prezidentə və dövlətə sadiq insanları ləkələməyə, aparılan islahatlara mane olmağa, ölkəmizin imicinə zərbə vurmağa çalışmışlar.

Ulu Öndərin “Kim harada olursa olsun, amma Vətəninə, dövlətinə, xalqına müxalifətdə olmasın”  kəlamı ilə fikrimi yekunlaşdırıb, Azərbaycan dövlətinə, xalqına xəyanət edənləri, olkəmizin suverenliyinə xələl gətirənləri Uca Tanriya həvalə edirəm.

Qeyd edək ki, Pakistan dövləti Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial layihələri yüksək qiymətləndirərək Fondun Prezidenti Mehriban xanımı 2012-ci ildə “Humanizm rəmzi – 2012-ci ilin qadını”,  2013-cü ildə “Şəhid Bənazir Bhutto” mükafatları,  2015-ci ildə isə “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edib.

Daşqın Şikarov bildirir ki, qardaş dövlət və xalqlarımız arasındakı münasibətlərin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın  təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil sahələrində silsilə humanitar yardımlar proqramı icra olunmuşdur. Belə ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəb inşa olunmuş,  “Edhi Home” kimsəsizlər evlərində, “Akbar Care” Serebral İflic İnstitutunda, Lakki Marvat Uşaq və Qadın, Peşavar “Kulsum İnternational” klinikalarında “Hepatit B” virusuna qarşı peyvəndlər və müayinələr, habelə açıq ürək əməliyyatları aparılmış, Saif Fonduna maddi yardımlar edilmişdir. Eyni zamanda, Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilmişdir.

Xayber göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşasına, İslamabadda Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar göstərilmişdir.  2014-cü ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev su təchizatı”, 2015-ci ildə isə Qucarxanda “20 Yanvar şəhidləri su təchizatı” layihələri icra olunmuş və ərazidə yaşayan on minlərlə sakin içməli su ilə təmin edilmişdir. Qeyd olunanlardan əlavə, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə 2012-2015-ci illər ərzində Ramazan və Qurban bayramları ilə əlaqədar Pakistanın paytaxtı İslamabadda, Ravalpindi, Fayzalabad,  Peşavər, Karaçi, Lahor şəhərlərində və Pakistanın müxtəlif əyalətlərində əhalinin kasıb təbəqələri üçün iftar süfrələri təşkil olunmuş, həmçinin humanitar tədbirlər keçirilmiş, kimsəsiz uşaqlara və yaşlılara müxtəlif hədiyyələr təqdim edilmiş, qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmışdır. Həmçinin, Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Farabi əlillər evinə, 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazımatlar hədiyyə edilmişdir.

Pakistanda həyata keçirilən humanitar layihələr Pakistan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilmiş və Pakistan xlqının qəlbində azərbaycanlılara qarşı əbədi məhəbbət yaratmış, Pakistanın tanınmış jurnalistləri tərəfindən Pakistan mətbuatında ölkəmiz haqqında yüzlərlə müxtəlif məqalələr dərc edilmiş, həmçinin, Pakistanda ən böyük universitetlərindən biri olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsi tərəfindən 2014-cü ildə nəşr edilən dərslik kitabının “Pakistan və Dünya Münasibətləri” bölümündə Ermənistan-Azərbaycan münasibətlərinə 6 səhifəlik yer ayrılmışdır.

Dərslikdə Dağlıq Qarabağın tarixi, məsələnin gələcək perspektivləri, işğal olunmuş Azərbaycan ərazilərində hazırkı durum  və bu kimi faktlar öz əksini tapmışdır. Yazının müəllifləri professor Fərhat Əkram və doktor Axtar Hüseyn indiki Dağlıq Qarabağ regionunun yerləşdiyi ərazinin tarixi Azərbaycan torpaqları olduğu və Kürəkçay sazişindən sonra ermənilərin bu ərazilərə məqsədli şəkildə köçürüldüyünü qeyd etmişlər. Bildirilmişdir ki, Gülüstan və Türkmənçay sazişlərindən sonra ermənilərin Azərbaycanın tarixi torpaqlarına məqsədli şəkildə kütləvi köçü başlamışdır. Bu proses Rusiya imperatoru I Nikolayın “Ermənıstan Oblastinin yaradılması” haqqında müvafiq sərancamından sonra daha da güclənmişdir. Nəticədə Azərbaycanın işğalından sonra on minlərlə erməni Qarabağ, İrəvan və Naxçıvana köçürülmüş, təkcə 1828-1911-ci və 1914-1916-ci illərdə yüz minlərlə erməni dünyanın müxtəlif ölkələrindən Azərbaycana köçürülmüş və bu proses sonralar davam etdirlmişdir. Yazıda rus yazıçıları A.Qriboyedov və N.Şavrovdan sitalar gətirilmişdir. Tarixçilər ermənilərin 1905 və 1907-ci illərdə, həmçinin 1918-ci ilin mart ayında, 1992-ci ilin fevral ayında azərbaycanlılara qarşı soyqrım törətdiklərini bildirmiş, bu qanlı hadisələrin təfərrüatları barəsində dərslikdə məlumatlar öz əksini tapmışdır.

Natiq Səlim,

KONKRET.az

.