Hollivud ulduzu Stiven Siqal ABŞ prezidenti Barak Obamaya müraciət edib. Döyüş filmlərimin mahir ustası müraciətində Amerikanın Rusiya ilə əlaqələrinin genişləndirilməsini istəyib.
Stiven Siqalın Ağ Ev başçısına müraciəti isə belə olub: "Obamaya tövsiyəm budur ki, Rusiya ilə müttəfiq olmağımız çox vacibdir. Rusiya böyük təbii sərvətlər və mükəmməl rəhbərliyə malik olan ölkədir. İnkişaf etməyimiz və digər dövlətlərə yem olmamağımızın yeganə yolu onlarla dostluq əlaqələridir. Lütfən bu sözlərimə qulaq asın. Çünki Rusiya dürüst, mükəmməl, güclü və səmimi əlaqələrə açıqdır. Ölkələrimiz həqiqətən də bir-birinə kömək edə bilər."
.