Trans-Anadolu təbii qaz boru xətti (TANAP) ilə istifadəyə veriləndən 31 dekabr 2024-cü il tarixinədək 73 mlrd. kubmetrdən artıq Azərbaycan qazı nəql edilib.

Bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı "SOCAR Türkiye"nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Baş icraçı direktoru Elçin İbadov deyib.

Onun sözlərinə görə, hesabat dövründə TANAP-la 73,5 mlrd. kubmetr qaz nəql edilib.

Elçin İbadov onu da qeyd edib ki, hesabat dövründə TANAP vasitəsilə Türkiyəyə 30,8 mlrd. kubmetr, Avropaya isə 42,74 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub.

.