TANAP-ın təməli 20 sentyabrda – Neftçilər günü qoyulacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün prezident İlham Əliyevlə görüşündə deyib ki, Transanadolu qaz kəməri reallığa çevrilir. Həmin gün Azərbaycan, Gürcüstan, Türkiyə ilə yanaşı, qaz tədarükünün şaxələndirilməsində maraqlı oaln başqa ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak edəcək.
«TANAP iki qardaş ölkə ilə yanaşı region üçün də vacib layihədir. Bundan başqa, Azərbaycanın iqtisadi gücünün göstəricisidir», - deyə Ərdoğan bildirib.
.