Taliban təşkilatının Pakistan qolunun altı mühüm siması İŞİD lideri Əbu-Bəkir əl-Bağdadiyə beyət etdiyini açıqlayıb.
Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərəkatın sözçüsü Şahidullah Şahid verdiyi açıqlamada özü ilə birgə təşkilatda mühüm rolu olan beş komandirin İŞİD-ə beyət etdiyini bildirib.
Daha sonra Şahid "Müsəlmanların xəlifəsi Əbu-Bəkir Əl-Bağdadiyə beyət edirəm və əmrlərinə itaət edəcəyəm", - deyə şərhinə əlavə edib.
Qeyd edək ki, təşkilatın əhəmiyyətli adlarının beyət etməsinə baxmayaraq, bir müddət öncə İŞİD-ə dəstək olduğunu açıqlayan Taliban lideri Molla Fəzlullah özünün bu təşkilata beyət etmədiyini vurğulayıb.
.