
Sosial şəbəkələrdə mişanlısı ilə şəkilləri yayılan müğənni Talıb Tale qəzəblənib.
İfaçı gələcək həyat yoldaşının şəkillərinin instaqramda yayılmasını istəmədiyini deyib. O, bu məsələdə qohumlarını günahlandırıb:
"İnstaqramda şəxsi həyatımla bağlı çoxlu görüntülərə rast gəldim. Baxmayaraq ki, heç kəs boynuna almır, amma bu paylaşımlar qohumlarm və yaxınlarım tərəfindən olub. Dəfələrlə qeyd etmişəm ki, şəxsi həyatımın gündəmə gəlməyini sevmirəm. Amma bunu etdilər. O insanlara ar olsun. Mənim sözümü yerə saldılar. Məsləhət olsaydı, özüm vaxtı gələndə paylaşım edərdim. Heç bir sayta şəxsi həyatım barədə açıqlama vermək istəmirəm. Mənə hörmət edən hər kəsdən xahiş edirəm ki, sözügedən görüntüləri ortadan qaldırsınlar”.
.