“Azərbaycan Zəfəri quruculuq müstəvisində möhkəmləndirmək üçün addımlar atır, post-konflikt quruculuq modeli yaradır”.

Bu gün Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə ”Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

Tahir Budaqov deyib ki, Azərbaycan Cənubi Qafqazda yeni nizam, konfiqurasiya formalaşdırır: “21-ci əsrin müharibəsini aparmış və bu sahədə təcrübəsi öyrənilən Azərbaycanın post-konflikt təcrübəsinin də dünyada öyrəniləcəyinə şübhə yoxdur”.

.