Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Axar.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kardiologiya şöbəsində müayinəsinə başlanılıb.

Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.

.