Bu gün Tacikistanın Qissar şəhərindəki hava limanından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Qazaxıstanın Almatı şəhərinə 200 sülhməramlı göndərilib.

Bu gün səhər saatlarında Tacikistan parlamentinin yuxarı və aşağı palataları - Məclisi Milli və Məclisi Namoyandaqon bununla bağlı qərar qəbul edib.

Qərarda bildirilir ki, tacik sülhməramlıları Almatıdakı məktəbləri, xəstəxanaları və digər sosial obyektləri qoruyacaq. Tacik hərbçilərinə odlu silahdan istifadə etməyə icazə verilməyəcək.

.