Tacikistan parlamentinin aşağı palatası ölkənin mövcud konstitusiyasına edilən əlavə və dəyişiklikləri təsdiqləyib.
"İnterfaks” agentliyi xəbər verir ki, bu dəyişikliklər ölkə prezidentinə imkan verir ki, istənilən qədər prezident postuna seçilə bilsin.
Həmçinin yeni düzəlişlərə əsasən, prezident vəzifəsinə seçilmək üçün yaş həddi 35-dən 30-a endirilib. Müşahidəçilər diqqəti ona cəlb edirlər ki, novbəti prezident seçkilərinin keçiriləcəyi 2020-ci ildə prezident Emoməli Rəhmonun böyük oğlunun 33 yaşı olacaq.
