Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı bıçaqlanıb.
Yenizaman.az Rusiya KİV-nə istinadən xəbər verir ki, martın 13-ü axşam saatlarında Gertsen universitetinin yataqxanasında Tacikistan vətəndaşı 26 yaşlı azərbaycanlını bıçaqlayıb.
Xəstəxanaya yerləşdirilən azərbaycanlının həyatını xilas etmək mümkün olub.
Hadisənin Tacikistan vətəndaşının keçmiş həyat yoldaşı üstündə yaranan münaqişəyə görə baş verdiyi bildirilir.
.
