Bu gün 2020-ci il sülh üzrə Nobel mükafatı qalibinin adı açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytı verdiyi xəbərə görə, mükafat Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramına (World Food Programme (WFP)) verilib.

Komitə mükafatı Dünya Qida Proqramına “münaqişə bölgələrində həyatın yaxşılaşdırılmasına verdiyi töhfəyə görə, aclıqla mübarizə aparmaq səylərinə görə, aclığın müharibə və münaqişələrdə silah kimi istifadəsinin qarşısının alınmasına yönəlmiş qüvvə kimi çıxış etdiyinə görə” verib.

Qeyd edək ki, Dünya Qida Proqramı Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ortaq layihəsi olaraq 1961-ci ildə qurulub və 1963-cü ildən fəaliyyətə başlayıb.

.