Şuşanın "Qarabağ" küçəsində Dövlət-özəl tərəfdaşlığı çərçivəsində on bina tikilib.

Bunu Şuşa şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

"Hazırda biz Şuşa şəhərinin mərkəzi küçəsi olan Qarabağ küçəsində dayanmışıq. Qarabağ küçəsində sovet dövründə inşa edilmiş çoxmənzilli binalar sökülüb, yerində gözəl memarlıq üslubunda bu binalar tikilir. Bu binalar Dövlət-özəl tərəfdaşlığı çərçivəsində tikilən binalardır.

O bildirib ki, investorlar və dövlət tərəfindən tikilən bu on binanın ikisinin sifarişçisi Şuşa Dövlət Qoruğu, digər səkkizinin sifarişçisi isə investorlardır: “Binalar otel, apart-otel, ofis binaları, qeyri-yaşayış məkanları və restoran kimi fəaliyyət göstərəcək. Binaların tikintisi zamanı yerli və beynəlxalq memarların tövsiyyələrindən istifadə olunub. Tikintində Şuşa daşlarından istifadə olunub və tikililər Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb”.

.