Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsində dörd günlük fasilədən sonra nəqliyyatın hərəkəti bərpa olunur.
Bu barədə APA-ya Nəqliyyat Nazirliyinin "Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, prospektin Böyük Şor yol qovşağından 20 Yanvar və Qələbə kinoteatrı qarşısındakı dairə istiqamətinə olan hissəsi bu dəqiqələrdə nəqliyyatın hərəkəti üçün tam açılıb.
.