Ələt-Astara magistralının şəhərin Ləvəngi dairəsindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Ucar rayon sakini, 35 yaşlı Kənan Qasımov idarə etdiyi "Grand Tiger" markalı minik avtomobili yolu keçmək istəyən piyada, Lənkəran şəhər sakini, 79 yaşlı Müzəffər Əliyevi vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.

Hadisəni törədən sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Yenizaman.az


 


.