Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin  sədrliyi ilə, Suriyada qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan daha iki nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslər - Abbasov Nicat Faiq oğlu və Məmmədov Hüseyn Xəqani oğlunun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 14-ə təyin edilib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.Digər təqsirləndirilən şəxslərin cinayət işi üzrə də cinayət işlərinə məhkəmədə baxılır. 

bizimyol.info
.