Türkiyə Silahlı Qüvvələrinin dünən səhər saatlarında Suriyada başladığı "Fərat Qalxanı” əməliyyatı davam edir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatın ikinci günündə Suriya ərazisinə Karkamış sərhəd-keçid məntəqəsindən daha 10 tank Suriya torpaqlarına keçib.
Tankların Cerablus istiqamətində irəlilədiyi bildirilir.
