Suriyanın müxalif qrupları Müdafiə Nazirliyinə birləşmək barədə razılığa gəlib.
Bu barədə Suriyanın yeni administrasiyası məlumat yayıb.
Məlumata görə, Suriyadakı müxalif qrup liderləri ilə yeni administrasiya rəhbəri Əhməd-əl Şaraa arasında keçirilən görüşdə bütün silahlı birləşmələrin ləğv edilərək Müdafiə Nazirliyinə birləşdirilməsi qərara alınıb.